Kluni və Alamuddin bal ayını İngiltərədə keçirəcək
Şou-Biz Venesiyada toydan sonra məşhur aktyor Corc Kluni ilə Amal Alamuddin bal ayını İngiltərədə keçirəcəklər.
Kluni İngiltərədə bir neçə milyon dollara ev alıb və yenicə evlənmiş cütlük bir müddət orada qalmaq istəyir.
“Us Weekly”nəşri bildirib ki, cütlük kimsənin onları narahat etməmələri və təkbaşına bərabər vaxt keçirmələri üçün bu qərara gəliblər.
Hazırda həmin evdə onlardan başqa heç kəs yaşamır və onları yeməklə təmin etmək üçün restoranlardan ilə müqavilə bağlayıblar.
Qeyd edək ki, 53 yaşlı Kluni 36 yaşlı Alamuddinlə bir müddət öncə münasibətlərini rəsmiləşdirib.
Xatırladaq ki, Corc Kluni ikiqat "Oskar" sahibidir və bundan əvvəl bir dəfə evli olub, 1993-cü ildə boşanıb. Əvvəlki müsahibələrində aktyor dəfələrlə daha evlənməyəcəyini bildirmişdi.
Ukraynanın keçmiş baş naziri Yulya Timoşenkonun vəkili olmuş Amal Alamuddinin bu, ilk evliliyidir.