Gəncədə qadını öz qonşusu bıçaqladı Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Gəncə şəhər sakini, 53 yaşlı Sevil Abbasova əl nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya müraciət edib.
Ona yardım göstərildikdən sonra qadın evə buraxılıb. Qadın polis əməkdaşlarına bildirib ki, yaşadığı 2 saylı yataqxanada otağının üstündən onun mənzilinə su töküldüyü üçün orada yaşayan Daşdəmir adlı qonşusuna etirazını bildirib. Qonşu isə cavabında bıçaqla ona xəsarət yetirib.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.