“Bandotdel” vəzifəli polislərlə bağlı araşdırmaya başladı

11-10-2014, 20:25   
“Bandotdel” vəzifəli polislərlə bağlı araşdırmaya başladı

Abşeron Rayon Polis Şöbəsinin 3 vəzifəli əməkdaşı barədə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılır.

oktyabrın 10-da Abşeron Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Zülfüqar Məmmədov, şöbənin Mehdiabad polis bölməsinin rəis müavini Şükür Paşayev və baş əməliyyat müvəkkili Təvəkkül Cəbrayılov MCMBİ-yə çağırılıblar.

Məlumatda qeyd olunur ki, hər üç polis əməkdaşından müxtəlif səviyyəli şikayətlər var. İctimai Təhlükəsizlik bölməsinin rəisi ilə bağlı iddialar əsasını tapmadığı üçün Zülfüqar Məmmədovla dərhal azadlığa buraxılıb. Onunla bağlı araşdırmaya xitam verildiyi də bildirilir.

Digər 2 polis əməkdaşı da ifadələri alındıqdan sonra bu gün azadlığa buraxılsalar da, barələrində araşdırmalar davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.