Kobanidə heç kim qalmadı: 48 İŞİD döyüşçüsü öldürüldü

11-10-2014, 20:35   
[img]http://anaxeber.info/uploads/posts/2014-10/1413041771_46.jpg[/img

Suriyanın Kobani şəhərindən Şanlıurfaya 545 nəfərə yaxın yaralı gətirilib. bu barədə “Anadolu” agentliyinə Şanlıurfa valisi İzzəddin Kiçik məlumat verib.

İ.Kiçik, Suruç qəsəbəsindəki məktəbdə Kobanidən gəlmiş qaçqınlar üçün qurulmuş çadır şəhərciyini ziyarət edib. O, çadır şəhərciyində 5 minə yaxın kobanilinin məskunlaşdığını bildirib: “Bu rəqəmin 6 minə çatacağı istisna deyil. Hazırda Kobanidən demək olar ki, gələn yoxdur. Gələnləri də Suruç dövlət xəstəxanasında və yaxud vəziyyətləri ağırdısa, Şanlıurfaya, şəhər mərkəzinə göndərib müalicə etdiririk. Onlar bizim qonaqlarımızdır. Onlara görə, Türkiyə dövləti bütün imkanlarını səfərbər edib”.

Rakka İnqilabçıları kürd silahlı birlikləri ilə İŞİD arasında Kobanidə gedən döyüşlərdə 48 terrorçunun öldürüldüyü xəbəri yayılıb. Bu barədə “Anadolu” agentliyinə Kobanidəki Rakka İnqilabçılarının səhra komandiri Faris Əbu Əhməd xəbər verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.