Uşaq narkotiki məktəbin həyətində satarkən tutulub
Dünya ABŞ-ın Kolorado ştatında 10 yaşlı oğlan üç paket narkotiki hər biri 11 dollara öz sinif yoldaşlarına satmağı bacarıb. Narkotik maddəni uşaq öz nənəsi və babasından oğurlayıb.
oğlanın valideynləri uşaqlarının "biznes fəaliyyəti" haqqda məktəb direktorunun məktubundan sonra xəbər tutublar.
“Biz bütün valideynləri və böyükləri müalicə məqsədi ilə istifadə etdikləri marixuananı öz uşaqlarından uzaq saxlamağa çağırırıq. Bura həmçinin alkoqol və odlu silah da daxildir. Bunlar uşaqlardan gizli yerdə saxlanılmalıdır”, - deyə məktəb direktoru öz şagirdlərinin valideynlərinə müraciət edib.
Qeyd edək ki, Kolorado ştatında marixuana bu ilin başlanğıcından leqallaşdırılmışdır.