Arzu Rəhimov Bərdə və Yevlax rayonlarının sakinlərini qəbul edəcək
Hərb Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov vətəndaşlarla görüşəcək.
Arzu Rəhimov oktyabrın 16-da saat 10:00-da qurumun Yevlax rayon şöbəsinin inzibati binasında (Yevlax şəhəri, K.Sabitov küçəsi, 19) Zərdab, Ucar, Ağdaş, Göyçay, Tərtər, Bərdə və Yevlax rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların oktyabrın 15-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.