Girovların arasında Kameronun baş nazirinin müavinin həyat yoldaşı da var
Dünya "Boko Haram" terror qruplaşması bu ilin may və iyun aylarında qaçırdığı 27 girovu azad edib.
aralarında 10 Çin vətəndaşının da olduğu 27 gurov Kameronun şimalında hökumət qüvvələrinə təhvil verilib.
Girovlar müayinə üçün xəstəxanaya yerləşdiriliblər. Çin hökuməti də vətəndaşlarının sağ-salamat təhvil aldıqlarını təsdiqləyib.
27 girovun arasında Kameronun baş nazirinin müavinin həyat yoldaşı da olub.
Qeyd edək ki, "Boko Haram" terror qruplaşması bu il 219 gənc qızı da qaçırmışdı.