QALİNA FLIPPOVA NİYƏ DƏLİXANAYA DÜŞDÜ; ONUN “BOMJ” HƏYATI KEÇİRMƏSİNIN SƏBƏBLƏRİ...
Rusiya mətbuatında SSRİ-nin ən məşhur siması, 1966-cı ildən 1982-ci ilədək İttifaqa rəhbərlik edən Leonid İliç Brejnevin nəticəsinin sensasion müsahibəsi dərc olunub. AzNews.az həmin müsahibəsi təqdim edir:
Qalina Filippova psixoloji xəstəxanadan çıxıb
Tarix sevənlər bu tarixi qeyd edə bilərlər: oktyabrın 14-də Leonid Brejnevin ölkənin sükanı arxasında durmasının düz 50 ili tamam olur. Baş katiblik vəzifəsinin ona verdiyi bütün nemətlərdən faydalanan Brejnev çətin ağlına gətirərdi ki, onun nəticəsi “bomj” olacaq və özünə ər əvəzinə rəfiqə seçəcək. Lakin, məhz belə də oldu...
Xəstəxanadan məktub
Mən Qalina Flippova ilə görüşü yeddi il idi ki gözləyirdim. O vaxtdan ki, əlimə qadının ( o vaxt onun 33 yaşı var idi) məktubu keçmişdi. Məktubda o, anasına- baş katibin nəvəsi Viktoriya Yevqenevnaya psixoloji xəstəxanaya gəlməsi üçün yalvarırdı. Lakin, o vaxt mən məktubun sahibəsi ilə görüşə bilmədim. Həkimlər onun yanına jurnalist buraxmırdılar.
Və budur çoxdan gözlənilən görüş baş tutdu. Bəhanə tapıldı: Leonid İlıçın nəticəsi nəhayət ki, yaşayış yeri əldə edib. Ona bağışlanan Zveniqoroddakı birotaqlı mənzilində yeni evini qeyd etməyə hazırlaşır.
Kafedə görüşə Qalina Filippova cinsdə gəlmişdi. Payız olmağına baxmayaraq çılpaq ayağındakı çəkələklə. Başında kirpi kimi uzanan saçları, lakin, göz və dodaqları boyanmış. Söhbət Qalyanın rəsmiyyəti sevməsindən başladı. Beləcə də söhbət çoxdanın rəfiqələri kimi sizdən sənə keçdi.
Qalina xəbər verdi ki, 14 min rubl pensiya alır: “Kofe, siqaret və ev kirayəsinə çatır. Yeməyə isə yox...”
- Anan ruhi xəstələr üçün olan internatdan çıxmağına sevinir?
- Mən dörd il dəlixanada qaldım və anam bircə dəfə də yanıma gəlmədi. İki il əvvəl mən yanına gedə bildim – Viktoriya Yevqenevna vətəndaş nikahında olduğu ərinin Moskvaətrafındakı bağ evində yaşayır. Başa düşdüm ki, ondan kömək gözləməyə dəyməz: onun özünün heç nəyi yoxdu... Nə vaxtsa mən Viktoriya Yevqenevnanın mənzillərin satışı ilə məşğul olması haqda sənəd imzalamışdım - Kutuzov prospektindəkı mənzil və Qranatnı xiyabanındakı hökumət evi. Anam, öz növbəsində, hansısa Kopstya Pekinskiyə etibarnamə verib. Daşınmaz əmlakların satışı ilə o məşğul olurdu. Deyirdilər ki, o, kriminal avtoritetdir. Ümumilikdə, biz evsiz qaldıq...
-Axı sənin atan da kasıb deyil. Bankir Mixail Filippov. Maltada yaşayır. O da kömək etmədi?
-Atamın vicdanı elə o Maltada qaldı. Onun başqa ailəsi var. Buna baxmayaraq, atam xalam Nataşaya ( Nataşa Milayeva) mənə qulluq etməsi üçün onun adına bank hesabı açmağı təklif etdi. Lakin, o imtina etdi.
Hesablanmış evlilik
-Sən ərdə olmusan...
-Mən də, Oleq də başa düşürdük ki, bizdə hesablanmış nikahdı. Ərə getmək kifayət qədər çətin oldu. Çünki heç kim rəsmi nikah istəmir: axmaq yoxdu. Lakin, yaş sıxırdı: 25 artıq 15 deyil. Oleqlə bizim çox adi toyumuz oldu, deyə bilmərəm ki, o təmtəraqlı idi. Bir ildən sonra biz boşandıq. Oleqlə nikahdan mən pasportda ştamp qazandım, o isə bağ evi, maşın, işdə yüksəliş... Lakin, bir yerdə yaşaya bilmədik: ya mən onu tərk edirdim, ya da o məni. Axırda ayrıldıq. Nəticədə mən kirayə ev tutdum və onun evindən çıxdım. Bir müddət tez-tez yer dəyişdim: ac da qalmalı olurdum, harda gəldi yatmalı da.
- Bilirəm ki, sən ixtisasca filoloqsan, MDU-nu bitirmisən. Hardasa işləmisən?
-Atalığım mənə bir firmaya katibə düzəlməyə kömək etdi. Lakin, iş mənə maraqsız göründü: müdirə kofe vermək, zənglərə cavab vermək. İşçiləri ixtisara salanda, getməli oldum. Ev kirayəsini ödəməyə heç nəyim yox idi və mən keçmiş ərimin evinə getdim. Onun anası isə mənə dedi ki, “Ya siz- Qalina Mixaylovna küçədə yaşayacaqsız, ya meymun damında, ya da xəstəxanaya gedəcəksiz. Ona görə ki, sizi evimizə götürə bilmərik: bəsdir ailənizlə bizdən faydalandınız”. Beləcə mən dəlixanaya düşdüm.
-Məgər səni orda saxlamağa əsas var idi?
- Bütün bu gözlənilməz dəyişikliklərdən həqiqətən bir az başım getmişdi. Xəstəxanaya Brejnevin nəticəsi olduğumu xəbər verəndə isə orda fikirləşdilər ki, xəstə düz ünvana gəlib. Lakin, sonra mən baş tibb bacısına dayəmin telefonunu verdim və mənə münasibət dəyişdi. Həkimlər getməyə yerim və yaşamağa imkanım olmadığını başa düşəndə mənim vəziyyətimi anladılar. Məni sağaltdılar. İki ay sonra küçəyə gəzməyə buraxdılar. İşsiz qalmırdım: yemək paylayırdım, döşəməni süpürüb silirdim... Baş tibb bacısı deyəndə ki, məni saxlamaq üçün əsas yoxdu, sual yarandı: hara getməliyəm? Məni əlil kimi rəsmiləşdirdilər və bununla da mən ruhixəstələr üçün internata düşdüm.
Ər yerinə rəfiqə
-Lakin indi ,deyəsən, həyat öz qaydasına düşür. 10 il dərbədərlikdən sonra sən yeni yaşayış yerinə köçdün...
-Mən dərhal Moskvaətarfında mənzil xahiş etdim. Axı bütün ömrüm boyu mən paytaxtdan kənarda yaşamışam. Moskvaya yalnız əylənmək üçün gəlirdim. Meqopolisdə həyat təsəvvür etmirəm. Mənə birotaqlı mənzil bağışladılar, lakin artıq təmirli idi. Təkcə mebeli yox idi. İlk vaxtlar xalamın mənə aldığı döşəkdə yatırdım. Sonra divan əldə etdim.
-İş axtarmadın?
-Psixoloji xəstəxananın baş həkimi Arkadi Lipoviç xəstələr üçün nəşr edilən qəzetdə işləməyi təklif edirdi. Lakin, mən imtina etdim: istəmirəm ki, nəsə mənə dəlixananı xatırlatsın. Mən istənilən işdən çəkinmirəm: xadimə də işləyərəm. Lakin, işədüzəlməyə tələsmirəm: 2015-ci ilə qədər öz məmnuniyyətim üçün yaşamaq istəyirəm.
-Hələ yeni ər tapmamısan?
-Məndə hər şey qaydasındadır. Ər əvəzinə rəfiqəm Daşa var. O da psixoloji xəstəxanadandır, bir yerdə qalırdıq. İlk vaxtlar mən onun evində yaşayırdım – mənə sığınacaq verdi. İndi o mənim evimdədir. Mənzil həyatda bir dənə olur, ər isə çoxdur. Ər mənə nəyə görə lazımdır, evimi alıb məni zibilliyə atmaq?!
-Qalya, bəs sən ananı yeni mənzilinə çağıracaqsan?
-Əgər Viktoriya Yevqenyevna telefonu götürmürsə, onu necə çağırmaq olar? Qəzetdən səslənəcəm: “Ana, yeni mənzilə gəl!”
Yerigəlmişkən
Qalinaya necə mənzil verdilər
Ataları baş katibin qızı Qalina Brejneva ilə evlənən sirk artistləri Natalya və Aleksandr Milayevlər- kiçik Qalinanın ögey dayı və xalası bir neçə il bütün instansiyalara məktub yazıb, Qalya üçün kömək xahiş edirdilər.
Qalinaya yardım etməsi üçün ögey xalası Natalya Brejneva hətta onun atası ilə də görüşüb. Xahiş edib ki, qızına ev alsın. Lakin Qalinanın atası Mixail Filippov bundan imtina edib. Əsas kimi isə Qalyanın evi satacağını bildirib. Natalya Brejneva evi öz adına almağı təklif etsə də, heç nə dəyişməyib. Birinci kanalın verilişlərindən birinə dəvət alan Natalya Brejneva buna yalnız Qalinaya ev alınmasına yardım edilməsi şərti ilə razılaşıb. Nəhayət, Brejnevin nəticəsinin yoxsul vəziyyəti barədə hekayəni izləyənlər ona yardım ediblər.
Qalinanin gələcək taleyini necə görürsüz sualını cavablandıran Natalya Brejneva onu xadimə olaraq görmək istəmədiyi bildirib: “Qalyanın çox siqaret çəkməsi də xoşuma gəlmir. Lakin, mən onun dözümlülüyü ilə fəxr edirəm. O bütün o pislikləri qəbul edib sınmamağı bacardı”.
Baş katibin ailəsində kim kimdir?
Leonid İlıç və onun həyat yoldaşı Viktoriya Petrovnanın 2 övladı olub: qızları Qalina və oğlanları Yuri. Qalina Leonidovna 3 dəfə rəsmi nikahda olub. Qalina sirk artisti Yevqeni Milayev( bu nikahdan tək qızı Viktoriya dünyaya gəlib), illüzionist İqor Kio və DİN-in polkovnik-leytenantı Yuri Çurbanov ilə ailə qurub.
Viktoriya Yevqenevna Milayeva Mixail Filippova ərə gedib və haqqında söz açdığımız qızı Qalina dünyaya gəlib. Lakin bu ailəsi dağılıb. Brejnevin nəvəsi ikinci dəfə ailə qurub. Onun ikinci əri Qennadi Varakuta kiçik Qalinanı öz qızı kimi böyüdüb.
Leonid İlıç 1982-ci ildə vəfat etdikdən sonra ailənin bədbəxtliyi başlayıb. Böyük Qalinanın əri Yuri Çurbanov bütün vəzifələrdən xaric edilib, korrupsiyada günahlandırılıb və həbs edilib. Qalina Leonidovna içki aludəçisi olub və 1998-ci il iyun ayının 29-da psixoloji klinikada vəfat edib.
Kiçik Qalinanın atalığı Qennadi Varakuta işsiz qaldıqdan sonra bizneslə məşğul olub və iflas olub. Sonra da ailə dağılıb.
Brejnevin qızı Qalinadan olan nəsli oğlu Yuridən (2013-cü ildə vəfat edib. İki varisi olub - Leonid və Andrey) olan nəsillə ünsiyyət qurmurlar.