Cəmil Həsənli Müsavatın yalanını ifşa etdi

13-10-2014, 18:19   
Cəmil Həsənli Müsavatın yalanını ifşa etdi
"Məsələ "Yeni Müsavat”ın yazdığı kimi deyil, mənim Müsavat Partiyasının nümayındələriylə görüşməyimiz və müzakirə etməyimiz olmayıb”

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Müsavat Partiyasının funksioneri Gülağa Aslanlının "Milli Şura 12 oktyabr mitinqində Müsavat Partiyasının iştirakını istəmir” açıqlamasını meydan.tv-yə şərh edib. Gülağa Aslanlı ötən həftə musavat.com-a bildirmişdi ki, Milli Şuranın sədri Cəmil Həsənli ona zəng edərək bu haqda danışıb: "Cəmil Həsənli bildirdi ki, Milli Şuranın təyin etdiyi mitinqdə Müsavat Partiyasının iştirakı haqqında qərar gecikib. O dedi ki, biz Koordinasiya Şurasının iclasını keçirmişik. Qərara almışıq ki, mitinq zamanı tribunada yalnız Milli Şuranın Koordinasiya Şurasının üzvləri duracaqlar və mitinqdə çıxış edənlərin də siyahısı hazırlanıb. Həmin siyahıda da Müsavat Partiyasına yer ayrılmayıb”.
Cəmil Həsənli meydan.tv-yə deyib ki, əvvəla, Gülağa bəy ona zəng etmişdi: "Gülağa Aslanlı hüquqşünas Namizəd Səfərovun "mitinqə partiyalar, QHT-lər mitinqə dəvət olunur, o cümlədən, Müsavat Partiyası da” açıqlamasını xatırladanda cavab verdim ki, bəli, 12 oktyabr mitinqi siyasi məhbuslarla bağlıdır. Kim özünü onların müdafiəsində görürsə, buyursun, gəlsin. Gülağa bəy sual etdi ki, əgər iştirak etsələr, tribunada təmsil olunub çıxış edə biləcəklərmi? Cavab verdim ki, əgər belə bir fikirləri varsa, tez müəyyınləşdirib Koordinasiya Mərkəzinə məlumat verin. Amma mərkəzin toplantısına qədər Gülağa Aslanlıdan xəbər olmadı. Biz isə oktyabrın 10-da təşkilati məsələləri müzakirə edib qərar qəbul etdik, yəni kimlər tribunada dayanacaq və kimlər çıxış edəcək. Müsavat Partiyası məsələni mitinqə bir gün qalmış, oktyabrın 11-də müzakirəyə çıxartmışdı. Bir daha deyirəm, səhv salınmasın, birinci zəng Gülağa bəyin özü tərəfindən olub. Ikinci dəfə mən ona zəng edib Koordinasiya Mərkəzinin toplantısı və qərarı barədə təəssüflə dedim ki, sizin münasibətiniz mərkəzin toplantısına qədər daxil olmadı, biz bu məsələləri yekunlaşdırdıq. Bununla da məsələ bitdi. Yəni məsələ "Yeni Müsavat”ın yazdığı kimi deyil, mənim Müsavat Partiyasının nümayındələriylə görüşməyimiz və müzakirə etməyimiz olmayıb”.
Cəmil Həsənli bildirdi ki, onlar tərəfindən hər hansı partiyaya mitinqdə iştirak üçün dəvətnamə göndərilməyib. O cümlədən, Milli Şuraya daxil olan partiyalara da.
Cəmil Həsənli onun İsa Qəmbəri tribunaya dəvət etməməsi barədə müsavatçıların sosial şəbəkələrdə və bəzi saytlarda yazdığına belə reaksiya verdi: "Mitinqə cavabdeh mən yox, Koordinasiya Mərkəzidir. Artıq qərarlaşmış bir prosedur var idi və bunu tək kiminsə pozması doğru olmazdı. Amma aksiyaya gəlib siyasi məhbuslara öz dəstəyini ifadə edənlərə öz təşəkkürümü bildirmişəm. Həm də aksiyada ən çox adı çəkilən müsavatçı siyasi məhbuslar olub, yəni heç kəsə fərq qoyulmayıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.