Ukrayn politoloq: “Rusiya narkomana bənzəyir”

13-10-2014, 21:37   
o

“Rusiya “Novorossiya” proyektini ləğv etməyib sadəcə müəyyən müddətlik dondurub”.

Axar.az “Unian.net”ə istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı siyasi ekspert Taras Çenovıl çıxış edib.

O, Qərbin Putini dayandırmaq üçün az iş gördüyünü bildirib:

“Neftin qiymətinin 90 dollara düşməsi çox mühüm addım idi. ABŞ-ın məhz bu addımı sayəsində Rusiya iqtisadi fəlakət qarşısında qalıb. Putin rejimi son illər Rusiyanın yenilənməsi üçün heç bir şey etməyib. Rusiya narkomana bənzəyir. O hər dəfə neftin qiymətinin artmasını istəyir. ABŞ sanksiyalarının Rusiyanın üzərindən çəksə neftin qiyməti artacaq ki, bu zaman da Moskva “Novorossiya” proyektinə yenidən qayıdacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.