[media=http://www.youtube.com/watch?v=BKBG9wKhvY8#t=13562]
Ukrayna prezident administrasiyasının qarşısında tərxis olunma tələbi ilə Milli qvardiyanın 300-ə yaxın əsgəri etiraz aksiyası keçirir.
ANS PRESS-in məlumatına görə, prezident aparatının ətrafına çoxlu sayda polis yerləşdirilib.
“Hərbi xidmətini başa vuran hərbi qulluqçular tərxis olunmaq istəyirlər. Hazırda vəziyyətin nizamlanması məqsədi ilə tərəflər arasında danışıqlar aparılır”, -deyə Milli qvardiyanın nümayəndəsi bildirib.
Hazırda tərəflər arasında danışıqlar gedir.