Arif Hacılının qardaşı: “Qubad İbadoğlunu Müsavata mən gətirmişəm”

13-10-2014, 23:20   
Arif Hacılının qardaşı: “Qubad İbadoğlunu Müsavata mən gətirmişəm”

Müsavat başqanı Arif Hacılının qardaşı, Müsavat üzvü Mustafa Hacıbəyli partiyada baş verənlərə görə, digər namizəd Qubad İbadoğlunu ittiham edib.
bu barədə M. Hacıbəyli özünün “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, istefalarala bağlı məsuliyyəti Q. İbadoğlu daşıyır: “Partiyadan gedənlərə görə məsuliyyət Qubad İbadoğlunun üzərindədir. Seçkinin saxtalaşdırılması iddiası ilə tərəfdarlarını “mübarizəyə” körüklədi. Münasibətləri o həddə gətiridi ki, artıq özü də tərəfdarlarının davranışına nəzarət edə bilmir. Yaxud nəzarət edə bilirsə, yenə də məsuliyyət daşıyır”.

M. Hacıbəyli onu Arif Hacılının qardaşı olduğu üçün mövqe bildirməməyə çağıranlara da etiraz edib: “Arif Hacılı başqan seçildi deyə mən danışmaq hüququmu itirməliyəm? Mən 22 ildir ki, müsavatçıyam, bu partiyaya yüzlərlə yeni üzv gətirmişəm, o cümlədən də Qubad İbadoğlunu”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.