İŞİD bayrağı qaldıran şəxslə bağlı şok fakt: Məşhur adamın qohumudur

14-10-2014, 10:55   
İŞİD bayrağı qaldıran şəxslə bağlı şok fakt: Məşhur adamın qohumudur






Milli Şuranın 12 oktyabr mitinqində İŞİD bayrağını qaldıran Ramin Quliyevlə bağlı AzNews.az-a yeni məlumat daxil olub.
Məlumatda bildirilir ki, Ramin Quliyev Əbu-Bəkir məscidinin imamı Qamət Süleymanovun qaynıdır. Onun daim Qamət Süleymanovun yanında olduğu, ona köməklik göstərdiyi bildirilir.

Məsələ ilə bağlı AzNews.az-a danışan Qamət Süleymanov informasiyanı təsdiqləyib:

“Ramil heç vaxt mitinqlərə getmir, onun facebook dostu Ramili mitinqə dəvət edib. Mən onunla söhbət etdim. Ramil mənə bildirdi ki, o yerdə Allah kəlamı yazılmış bayraq görüb və onu ayaq altından götürmək istəyib. Bu zaman polislər onu ərazidən kənarlaşdırıb”.

Qeyd edək ki, Ramil Quliyev AzNews.az-a verdiyi açıqlamasında bayrağı ona tanımadığı bir şəxsin verdiyini demişdi. Onu da bildirək ki, sələfi təriqətinə görə, hakimiyyətə qarşı çıxmaq, mitinqlərə qatılmaq haram sayılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.