Hafiz Hacıyevdən mitinq keçirməməsi ilə bağlı - ƏCAİB AÇIQLAMA

14-10-2014, 15:55   

Hafiz Hacıyevdən mitinq keçirməməsi ilə bağlı - ƏCAİB AÇIQLAMA
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev azadlıq.org-a müsahibəsində Milli Şuranın aksiyasının qarşısını almaq üçün həmin gün, həmin yerdə onların da aksiya keçirəcəklərini qeyd etmişdi. Ancaq adıçəkilən partiyanın hər hansı bir aksiya keçirməsi diqqət cəlb etmədi.Bu barədə Aktual.az-a danışan partiya sədri Hafiz Hacıyev bildirib ki, Milli Şuranın aksiyasında iştirak edənlərin 5-10 faizi onun rəhərlik etdiyi partiyanın nümayəndələri olub:
“Aksiyada mənim müavinim də iştirak edib. Camaatın mitinqə gəlməsinin qarşısını almaq üçün komissiya yaratmışdıq və bu istiqamətdə Müasir Müsavat Partiyanın Gənclər Təşkilatı ilə müəyyən tədbirlər gördük”.

H.Hacıyev vurğulayıb ki, hüquq-mühafizə orqanlarından olan tanışının xahişi ilə aksiya keçirməyiblər:

“Biz də aksiya keçirəcəkdik. Buna görə də bütün fəallarımız orada idi. Maşınların icində “boçka”lar gətirmişdik ki, ayağmızın altına qoyub, səs gücləndiricilər vasitəsi ilə çıxışlar edək. Hüquq-mühafizə orqanlarından olan yoldaş xahiş elədi ki, bu addımı atmayaq. Belə olsa, qırğın düşər və qarşısını ala bilməzlər. Biz qan düşməsin deyə, piket keçirmədik. Milli Şuranın mitinqinə az adam gəldi. Bu da bizim təbliğatımızın uğurudur. Deyirdilər ki, 10 min nəfər insan iştirak edəcək. Biz onun qarşısını aldıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.