Ermənistanın yeni prezidenti

14-10-2014, 21:00   
Ermənistanın yeni prezidenti

Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin artımı məsələsi diqqət mərkəzində olduğu vaxtda, iqtisadi cəhətdən günbəgün geriləyən Ermənistan çıxış yolunu hakimiyyət dəyişikliyində görür. Ölkədə başlayan etiraz dalğası davam edir. Serj Sarkisyanın istefası tələbilə müxalifət tərəfdarları yeni mitinqə hazırlaşır. Bir neçə gün əvvəl baş tutan aksiyadan sonra bu dəfəki mitinqin daha izdihamlı olacağı gözlənilir.

ANS TV-nin məlumatına görə, bir neçə gün əvvəl on minlərlə müxalifətçi erməni birlik nümayiş etdirərək, Ermənistan prezidenti Serj Sarkisyana hakimiyyət dəyişikliyi ilə bağlı xəbərdarlıq etmişdi. Bu aksiya müxaliflərin Qarabağ klanına qarşı birləşməsi kimi qələmə verildi. Serj Sarkisyanın komandası İrəvanda ölkənin üç əsas müxalifət partiyasının 40 minlik aksiyasının hələ də şokunu yaşayır. Mitinqə çıxanlar yoxsulluqdan əziyyət çəkdiklərini, mövcud hakimiyyətin dəyişdirlməsi, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Aksiya təşkilatçıları mitinqin nə qərbə, nə də Rusiyaya yönəlmədiyini xüsusilə qeyd etdilər. Baxmayaraq ki, narazılar arasında Avrointeqrasiya tərəfdarları da var, aylıq dolanışığı Rusiyada işləyən qohumların pulları hesabına olanlar da.

“Sarkisyan çıx get!” tipli şüarlar səsləndirən etirazçılar erməni oliqarx Qaqik Tsarukyanı prezident gömək istəyirlər. Ermənistanın ən varlı adamının həm pulu, həm də əsas müxalifət partiyalarından aldığı dəstəklə hakimiyyətə gətiriləcəyi gözlənilir. Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan deyib ki, hakimiyyəti dəyişmək üçün heç vaxt belə şans olmayıb. Bir məsələ var ki, ölkədə konstitusiya dəyişikliyi olmasa. Serj Sarkisyan konstitusiya islahatları edərək prezidentlikdən baş nazir postuna keçməyə, bununla da uzun müddət hakimiyyətdə qalmaq istəyini ortaya qoyub. Müxalifət bununla qətiyyən razı deyil. Bu o deməkdir ki, tərəflərin – Tsarukyanla Sarkisyanın hakimiyyət uğrunda savaşı olacaq. Bu arada Ermənistan müxalifəti növbəti mitinqini oktyabrın 24-ə təyin edib.

Növbəti aksiyaya hazırlaşan müxaliflər bu dəfə konkret hədəflər müəyyən edəcək
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.