İlham Əliyevin girov tələbi

15-10-2014, 14:39   
İlham Əliyevin girov tələbi
Prezident girovların buraxılması üçün ciddi addımlar atılmasını istəyib



Azərbaycan “Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə onlardan tələb edib ki, Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin tez bir zamanda azad olunması üçün bu ölkə qarşısında məsələ qaldırsınlar”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, prezident həmsədrlərlə görüşündə girovların məsələsinə toxunub və onlardan bu istiqamətdə ciddi addımlar atmağı tələb edib: “Hazırda bu məsələ ilə Qırmızı Xaç Komitəsi məşğul olur. Biz onlarla əlaqə saxlayırıq və yaxın günlərdə müsbət nəticəyə ümid edirik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.