"SSRİ-ni yenidən yaratmaq mümkün deyil və bizim belə bir niyyətimiz yoxdur.”
Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev CNBC telekanalına verdiyi müsahibədə bildirib.
O deyib ki, SSRİ-i yenidən yaratmaq niyyətində deyilik. Bəzi ölkələrdə bu mifdən yalnız elitaların birləşməsinin üsulu kimi istifadə edirlər:
"Təəssüf ki, bəzi ölkələr, həmçinin kiçik ölkələr üçün bu elitaların birləşməsinin üsulu sadədir. Onlar düşünürlər ki, əgər ruslar buna gedərlərsə, deməli, birləşmək olar, deməli, bu tezisdə parlamentə seçkilər keçirmək olar… Əgər onlara belə rahatdırsa, zəhmət olmasa, buyursunlar, bunu etsinlər”.
D.Medvedev vurğulayıb ki, SSRİ-ni yenidən yaratmaq mümkün deyil, bu quruluş yoxdur: "Dünya dəyişdi, Sovet İttifaqı artıq yoxdur. Rusiya Federasiyası var, hansı ki, bizim ölkədə xalqın qəbul etdiyi konstitusiyaya əsaslanıb. Bu konstitusiyada cəmiyyətin qəbul etdiyi insan hüquqlarının prioriteti, demokratiya, xüsusi mülkiyyətin müdafiəsi, bazar prinsiplərində ölkənin inkişafı və sairə var. Bu dəyərlər universaldır. Ona görə də heç kim geri getmək istəmir, keçmişə yollar mövcud deyil”.