Fətullah Gülənin baş təbliğatçısının sirli Bakı missiyası

15-10-2014, 15:15   
Fətullah Gülənin baş təbliğatçısının sirli Bakı missiyası

Fətullah Gülənin əsas təbliğat vasitəsi olan "Zaman” qəzetinin baş redaktoru Azərbaycanda adı hələlik açıqlanmayan işə təyin edilib.
Bundan əvvəl "Radikal”, "Referans” və "Financial Forum” qəzetlərinin baş redaktoru olan, hər üç qəzetin bağlanmasının səbəbkarı hesab edilən Eyüp Can "Doğan Media” qrupundan uzaqlaşıb. Onun "Zaman” qəzetinin baş redaktoru təyin ediləcəyi bildirilir.
"Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı isə Azərbaycanda vəzifəyə təyin edilib. Ə.Dumanlının Azərbaycanda vəzifəsinin nədən ibarət olduğu hələ məlum deyil.
"Aksam” qəzetinin yazarı Turgay Güler son yazısında bildirir ki, Ə.Dumanlının "Zaman” qəzetindən uzaqlaşdırılmasının səbəbi onunla bağlı narahatlıqların artmasına görədir. Müəllifin fikrincə, "Zaman” redaktoru bu üzdən Azərbaycana göndərilir.
Əkrəm Dumanlı
Xatırladaq ki, Azərbaycanda Fətullah Gülənin media qrupuna bağlı olan "Zaman-Azərbaycan” qəzeti fəaliyyət göstərir. Həmçinin əvvəlki adı "Samanyolu Azərbaycan” olan "Xəzər TV”nin də fətullahçılara bağlılığının qaldığı haqda məlumatlar var. Hərçənd ki, Azərbaycan hakimiyyəti fətullahçıların ölkə daxilindəki şəbəkəsini neytrallaşdırmaq üçün bir sıra radikal addımlar atıb.
Şəbəkənin bəzi aparıcı üzvlərini hakimiyyətdəki vəzifələrindən uzaqlaşdırıb, fətullahçı məktəblər bağladılıb və daha sonra başqa adla fəaliyyətə başlamasına icazə verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.