Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.
görüşdə rusiyalı həmsədr İqor Popov və Fransa həmsədri Pyer Andryön iştirak etsə də, amerikalı həmsədri Ceyms Uorlik görüşə qatılmayıb.
Həmsədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı müzakirənin aparıldığı görüşdə iştirak etməməsinə tvitter hesabında aydınlıq gətirib:
“Ailəmdə baş verən fövqəladə durumla bağlı ATƏT həmsədrlərinə Bakıda və İrəvanda qoşula bilməyəcəyəm. Dağlıq Qarabağla bağlı danışıqlarda uğurlar arzulayıram”.