Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qorbaçovdan çağırış

16-10-2014, 02:47   
Qorbaçovdan çağırış



SSRİ-in ilk prezidenti Mixail Qorbaçov Rusiyanı və Qərbi qarşılıqlı sanksiyalardan imtina etməyə və yeni "soyuq müharibəyə" girməməyə çağırıb.

Qorbaçov Rusiya və Qərbin qarşılıqlı ittihamlardan və sanksiyalardan imtina etməli olduğunu bildirib.

Qorbaçovun sözlərinə görə, Rusiya artıq belə addım atıb. Ruslar qərbin sanksiyalarının son dalğasından sonra cavab ölçülərindən imtina edib.

"Qərbi Avropa və ABŞ ölkələri ilə Rusiyanın münasibətlərinə gəlincə, ilk addım – qarşılıqlı ittihamların və sanksiyaların məntiqindən çıxmaq lazımdır. Məncə, Rusiya qərbin sanksiyalarının son raundundan sonra cavab ölçülərindən imtina etməklə belə addım atıb. Söz Qərbdədir", - Qorbaçov "Rusiya qəzetinə" müsahibəsində deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar