“Homoseksuallıqla aktiv mübarizə aparan şəxs elə onlardan biridir”.
Axar.az “elise.com.ua” saytına istinadən xəbər verir ki, bu açıqlama ilə amerikalı jurnalist Endryu Aleksandr çıxış edib.
“Ontopolist.com” bloqplatformasında çıxış edən Endryu Aleksandr bu barədə fikirlərini 2004-2006-ci illərdə Putin hakimiyyətində işləyən şəxslə etdiyi söhbətdən sonra bölüşdüyünü bildirib:
“Mən Putinin sirli həyatı ilə bağlı çoxlu materiallar oxumuşam və hər zaman özümə sual edirdim ki, niyə Vladimir Vladimiroviçi yalnız yaraşıqlı kişilər əhatə edir. Rusiya bloqsferasında mən çoxlu maraqlı fikir və informasiyalar tapmışam. Demək olar ki, Rusiya Prezidentinin intim həyatı ilə bağlı heç bir fakt yoxdur”.