[media=http://www.youtube.com/watch?v=cjv4EntfJ3Y]
Rusiya qoşunları Ukrayna sərhədində yerləşən bölgədən geri çəkməsi istiqamətində hər hansı ciddi addım atmayıb
Dünya Rusiya qoşunları Ukrayna sərhədində yerləşən bölgədən geri çəkməsi istiqamətində hər hansı ciddi addım atmayıb.
bu bəyanatı NATO-nun Ali Ordu rəsmisi edib. NATO-nun Amerikalı İttifaq Kommandiri general Filip Bridlou Yunanıstanın, Tesaloniki şəhərində verdiyi açıqlamada, Rusiyanın qoşunlarının geri çəkməsinin regionda vəziyyətin sabitləşməsi üçün vacib addımlardan biri olduğunu qeyd edib. Şənbə günü Rusiya prezidenti Vladimir Putin Rostov vilayətinə dislokasiya olmuş 17600-ə yaxın hərbçinin, əvvəlki hərbi hissələrinə qayıtmasına dair göstəriş fərman verib.
Rostov vilayəti rusiyayönümlü separatçıları aprel ayından bəri Ukrayna ordusuna qarşı savaşdığı Şərqi Ukrayna ilə sərhəddə yerləşib. Rəsmi Kreml buna qədər Rostova dislokasiya edilmiş qoşunların sadəcə hərbi təlimlərdə iştirak etdiyini bildirib. Ukrayna höküməti isə Qərbi Rusiya separatçılarını silahlandırmaqda, onlara hərbi mütəxəsislər və döyüşçülərlə yardım göstərməkdə təqsirləndirir.