Alman mütəxəssisdən Türkiyə ordusuyla bağlı – Şok

17-10-2014, 01:14   
Alman mütəxəssisdən Türkiyə ordusuyla bağlı – Şok


Almaniyanın Türkiyə üzrə mütəxəssisi Rayner Hermann NATO-nun ikinci ən böyük ordusu hesab olunan türk ordusunun arsenalında yer alan əksər ağır texnikanın Soyuq müharibə dövründən qalma olduğunu iddia edib.

Axar.az xəbər verir ki, mütəxəssis türk ordusunun istifadə etdiyi M-60 tipli döyüş tanklarının 1950-ci illərdə istehsal olunduğunu, bu tankların ordu qüvvələrində sayının təxminən 800-dən artıq olduğunu deyib.

“Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə bu barədə danışan mütəxəssis köhnəlmiş tankların türk ordusunun ağır artilleriyasının təxminən üçdə birinə bərabər olduğunu bildirib.

ABŞ-ın bu tankları 1991-ci ildə Körfəz müharibəsindən sonra Türkiyəyə verdiyini deyən mütəxəssis Türkiyə Silahlı Qüvvələrinə məxsus digər tankların isə daha köhnə, M-48 olduğunu deyib: “30 il ərzində PKK qarşısında zəfər qazana bilməyən bu ordu İŞİD qarşısında acizdir. Türkiyə ordusu yalnız kağız üzərində qüvvətli görünə bilər. Türk ordusunun imici yarım əsirlik tanklarına bərabərdir. Heç bir NATO ölkəsi Türkiyə qədər büdcəyə malik deyil. Bu baxımdan Türkiyənin 2023-cü il hədəflərinə çatması qeyri-mümkündür”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.