Putin Qarabağı necə qaytarır?

17-10-2014, 13:05   
Putin Qarabağı necə qaytarır?
Erməni mətbuatı Qarabağ planının şok detallarını açıqlayıb
Avrasiya Birliyinə daxil olmaq üçün sənədə qol çəkmiş Serj Sarkisyan əslində Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını təsdiqləyib.
bu fikirlər erməni jurnalist Romella Mnatsakanyanın bu gün dərc etdirdiyi məqaləsində yer alıb. Jurnalistin arqumenti aydındır: Ermənistan yeni ittifaqa BMT tərəfindən tanınmış sərhədlərlə qəbul edilib və həmin sərhədlərə görə Dağlıq Qarabağ Azərbaycan ərazisidir.

Daha sonra jurnalist növbəti addım kimi Ermənistanın işğal edilmiş ərazilərin bir hissəsini təhvil verəcəyini qeyd edib. Onun sözlərinə görə, bu barədə çox məlumatlı mənbələr, o cümlədən tanınmış amerikalı politoloq Ariel Koen danışır. Koen bildirib ki, bu məsələ uzun müddətdir ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında münasibətlərin soyumasına səbəb olub. Sarkisyan ümid edirmiş ki, Putin Dağlıq Qarabağla Ermənistanın Avrasiya Birliyinə birlikdə girməsinə imkan yaradacaq. Amma bu baş tutmayıb və Sarkisyan təslim olmağa məcbur olub.

“Putin Ukraynadakı münaqişəni kompensasiya etmək üçün Qarabağ münaqişəsini nizamlamaq istəyir", - deyə A.Koen vurğulayır. Onun sözlərinə görə, Azərbaycanın qərbyönümlü siyasətdən uzaqlaşdırmaq üçün ona bir neçə rayonu qaytarmaq lazımdır, sonra isə məsələnin birdəfəlik həllinə keçiləcək.

“Strateji məqsəd Azərbaycanın Avrasiya İttifaqına daxil olmasıdır. Bunun üçün Rusiya Qarabağı Azərbaycana qaytarmalıdır. Yoxsa o, istiqamətini Moskvaya tərəf çevirməyəcək”,- deyə Ariel Koen vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.