Mürşidpinar təpəliyinin ələ keçiriləcəyi təqdirdə terrorçuların yolu açılacaq
Dünya Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD silahlıları ilə Peşmərgə - kürd qüvvələri arasında döyüşlər davam edir.
ANS TV-nin məlumatına görə, İŞİD terrorçuları Mürşidpınar sərhəd keçid məntəqəsini ələ keçirməyə çalışıblar. Strateji məntəqə uğrunda uzun müddətdir ki, döyüşlər gedir. Mürşidpınar təpəliyini ələ keçirəcəyi təqdirdə İŞİD-in Türkiyəyə doğru hərəkət etməsinə heç nə əngəl ola bilməz. İŞİD ona görə hücumlarının şiddətini artırıb. Döyüş zamanı Türkiyənin Şanlıurfa vilayətinə növbəti dəfə top mərmisi düşüb. Mərmi anbara tuş gəlib. İnsan itkisi olmayıb.
Döyüşlərin şiddətlənməsi ilə əlaqədar koalisiyası qüvvələri İŞİD-in bir neçə mövqeyinə aviazərbələr endirib. Kobani uğrunda artıq 32 gündür ki, döyüşlər gedir. Pentaqon Kobaninin işğalını qaçılmaz hesab edir.
[media=http://www.youtube.com/watch?v=fkh6yFuVX_Q]