Leyla Yunusa qarşı repressiya zəncirinə Elmlər Akademiyası da qoşuldu

17-10-2014, 14:51   
Leyla Yunusa qarşı repressiya zəncirinə Elmlər Akademiyası da qoşuldu



AMEA xanım məhbusun alimlik dərəcəsini ləğv edir
"Leyla Yunusun doktorluq dissertasiyasının ləğv edilməsi məsələsi AMEA Tarix İnstitutunda müzakirə edilir. Müvafiq müraciət yaxın günlərdə Prezident yanında Ali Attestasiya Komissiyasına göndəriləcək”.
anaxeber.info-i haqqin.az saytına istinadən xəbər verir ki, bunu AMEA Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.
C.Bəhramov əlavə edib ki, L.Yunusun dissertasiyası "həyasız elmi plagiat (oğurluq)” nümunəsidir.
"Mənə dəqiq məlumdur ki, Leyla Yunus iki rusiyalı alimin elmi əsərlərini həyasızcasına köçürərək həmin fikirləri öz adına çıxıb. Ona görə də tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi Leyla Yunusa qanunsuz şəkildə verilib. Biz onun elmi dərəcədən məhrum olunmasını tələb edəcəyik. Başqalarının elmi fikir və ideyalarını həyasızcasına oğurlayıb öz adına çıxan adamlardan elmə heç bir fayda gələ bilməz” - deyə C.Bəhramov əlavə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.