Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Marsın yaxınlığından quyruqlu ulduz keçəcək

17-10-2014, 23:08   
Marsın yaxınlığından quyruqlu ulduz keçəcək




Milyon ildə bir baş verən təbiət hadisəsi: Bazar günü Marsın yaxınlığından quyruqlu ulduz keçəcək.


NASA-dan verilən məlumata görə quyruqlu ulduzun “Qırmızı planet”ın 140 min kilometr yaxınlığından, saatda 203 min kilometrə yaxın sürətlə keçəcəyi bildirilir.

milyon ildə bir görünən bu təbiət hadisəsi hazırda Mars orbitində olan kosmik aparatlar vasitəsi ilə izlənəcək.

NASA-nın uçuşu təxminən on ay sürən və 711 milyon kilometr məsafə qət edən “MAVEN” (Mars Atmosphere and Volatile Evolution) robotlu kosmik aparatı bir neçə gün əvvəl Günəşdən qopan və kosmosda dolaşan parçaların “Qırmızı planet”də yaratdığı fırtınaların şəkillərini çəkmişdi.

Qeyd edək ki, Marsın orbitində NASA ilə yanaşı Avropa, Rusiya və Hindistanın da kosmik aparatları yerləşir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar