Almanlar Ərdoğanı təhqir etdi, türklər də Merkeli
Almaniyanın neo-nasistlərə yaxın bir qəzetində Türkiyə prezidenti Tayyib Ərdoğanın təhqir olunması türk mediasını özündən çıxardı.
Türkiyənin AKP-yə yaxın "Yeni Akit" qəzeti Almaniyanın hazırkı hakimiyyətini Hitler dövründəki faşist rejiminə bənzədib.
Almaniyanın "Alman Deyə Welt" qəzetinin Ərdoğanla bağlı yazdığı təhqiredici məqaləni təqdim edən "Yeni Akit" "Hitler başlı qəzetdən Ərdoğana skandal bənzətmə" başlıqlı yazıdakı fotoda Almaniya kansleri Merkelin Hitlerə bənzədilən kollajını da verib.
Avropa.info Almaniyanın "Alman Deyə Welt" qəzetində Ərdoğan haqqında yazılan yazını "Yeni Akit"ə istinadən təqdim edir.
"Əsədin Suriyadakı qətliamları qarşısında lal və kar mövqe tutan Almaniya, mövzu PKK olunca dəyişdi. Almaniyanın nasist mətbuatı kimi tanınan "Alman Deyə Welt" qəzeti Ərdoğanı Suriyanın Kobaniyə şəhərinə girərək İŞİD-ə qarşı döyüşməməkdə ittiham edir. Qəzet hətta prezident Rəcəb Tayyib Ərdoğanı keçmiş Sovet İttifaqı lideri Stalinə bənzətdi.
Qəzetin baş şərhçisi, PKK tərəfdarı kimi tanınan Jak Schuster həyasızcasına "Ərdoğan IŞİD-in gülümsəyən cinayət ortağı" kimi təqdim edir.
Hitler mentalitetli qəzetdəki məqalədə Ərdoğanın bir demaqoqda olan bütün xüsusiyyətləri daşıdığı iddia edilir. "Bir vaxtlar, Yaxın Şərqdəki müsəlmanların hamisi olmağa qalxan Ərdoğan , Suriya-Türkiyə sərhədində müsəlmanların yaşadığı dramı yalan sayır. Daha da pisi: 1944-cü ildə Stalin almanlar yaşayan Varşavanı yerlə bir edərkən, necə sakit dururdusa, Ərdoğan da indi soyuqqanlılıqla IŞİD-in Kobanide etdiklərini seyr edir"
"Belə bir rejimlə Aİ üzvlüyü müzakirələri davam etdirilə bilərmi? Danışıqlar hansı əsas və hansı dəyərlər üzərindən davam etdirilir? Ərdoğan bəlkə, ABŞ-ın ciddi təzyiqi ilə qarşı-qarşıya ola. Hətta, IŞİD-in gülümsəyən tərəfdaşı kimi görünməmək üçün, bu və ya bu addımı atmaq məcburiyyətində qala bilər. Davranışları ziddiyyətlidir. Ancaq dəqiq olan bir şey var. O da mövzu suriyalı kürdlər olduğu zaman, Ərdoğan hiyləgər bir mahir ustaya çevrilir".
Məqalədə Ərdoğan ABŞ və Avropa ölkələrinin adından hədələnir.