“Rusiyanın Prezidenti Vladimir Putin Hitlerin yoluyla gedir”.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Daxili İşlər Nazirinin müşaviri Anton Geraşenko söyləyib. O, Putinin Krım yarımadasını işğal etdiyinə görə ağır cavab verəcəyini bildirib:
“23 ildə bütün ölkənin müdafiə bacarığı aşağı düşüb. Son iki müdafiə naziri Moskvadadır. Məhz həmin insanlar Moskvanın agenti idilər. Putin mütləq Krımı geri qaytaracaq, üstəlik o yarımadanı işğal etdiyi üçün cavab verəcək. Əvvəl krımlıların özlərini ukraynalılar kimi hiss etməsi üçün ölkədə heç bir tədbir görülmürdü. İndi isə vəziyyət başqadır”.