İŞİD qüvvələrinin Kobanidə yerləşdiyi mövqelərinə hava hücumarı davam edir.
Axar.az xəbər verir ki, Kobanidə davam edən qarşıdurmalar zamanı gün ərzində Türkiyə tərəfinə 30-dan çox top atılıb. Atılan toplardan 8-i Türkiyə sərhədləri daxilinə düşüb, hər hansı itki qeydə alınmayıb.
Kobanidə partlayışların olduğu müşahidə edilib. Suriya tərəfində qarşıdurmaların kəskinləşməsindən sonra Türkiyə tərəfində də hərbi hərəkətlilik görülüb. Türkiyə tankları sərhəd xəttində patrul keçidlərini davam etdiriblər.