Azərbaycanlılar öz sağlıqlarını Türkiyə həkimlərinə etibar edirlər.
Axar.az-ın keçirdiyi sorğunun nəticələri bu qənaətə gəlməyə səbəb olub.
Sorğuda ümumilikdə 4118 nəfər iştirak edib. İştirakçıların yarıdan çoxu – 53 faizi (2175 səs) Türkiyə səhiyyəsinə inandıqlarını açıqlayıblar; 19%-i (787 səs) İran, 17%-i (692 səs) isə Azərbaycan həkimlərinə inandıqlarını bildiriblər.
Sonuncu yerdə Rusiya səhiyyəsi gəlir: Sorğuda iştirak edən Azərbaycan vətəndaşlarının yalnız 11 faizi (470 səs) Rusiya həkimlərinə güvənir.