[media=http://www.youtube.com/watch?v=BrgDtJMxMno]
"Onu 100% bu kənddən qovacaqlar"
Növbətçi Şabranın Uzunboyad kəndində hamı gərginlik içərisindədir.
bu kənddə yaşayan, əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev qonşusunun həyat yoldaşı 21 yaşlı Güləri qaçırıb.
Gülər Məmmədovanı qaçıran İlham Atayev də evlidir. Kənd sakinləri bu biabırçı hadisənı eşidəndən şoka düşdüklərini deyirlər. Kənd sakinlərinin sözlərinə görə bir-birinə qoşulub qaçan bu iki şəxsin hec biri əslən Uzunboyad kəndindən deyil. Sumqayıt sakini İlham Atayev 1 müddət imiş ki, bu kənddən evlənib burada yaşayırmış, Siyəzəndən olan Gülər isə Uzunboyad kəndinə Məmmədovlar ailəsinə gəlin gəlib. Sakinlər ailələrinə rüsvayçılıq gətirən bu iki şəxsin bir daha kəndə qoyulmayacağını bildirirlər.
Kənd sakini Cahangir Feyzullayev deyir ki, başqasının yoldaşını götürüb qaçmaq ən aşağı səviyyəli insanın işidir: "Bəlkə də o azərbaycanlı deyil. Onsuzda bu kənddən onu çıxardacaqlar. 100% onu qovacaqlar".
Çəkiliş qrupumuz Uzunboyad kəndində olarkən qonşuluqdakı evlərdən üzümüzə qapı açan olmadı. İlham Atayevin həyat yoldaşı Günay qapının arxasından sorğumuzu cavablandırdı. Bildirdi ki, bu işlərdən xəbərsiz olub.
Həyat yoldaşı başqası ilə qaçan Rəşad Məmmədovu da evdə tapdıq. Rəşad Məmmədov deyir ki, Gülər ayın 12-i atası evinə gedib. İki gün sonra isə ordan İlham Atayevə qoşularaq qaçıb. İndi Rəşad Məmmədov həyat yoldaşından uşaqlarını tələb edir.
Hazırda Şabranda baş verən bu hadisəni Siyəzən polisi araşdırır. Çünki Gülərin atası Siyəzən şəhər sakini Şərifxan Hacıyev qızının itkin düşməsi ilə bağlı 102 xidmətinə və polis şöbəsinə müraciət edib. Polis bildirdi ki, Gülər Məmmədova artıq atası evinə qayıdıb. Məlumat üçün bildirək ki, qoşulub gedən cütlüyün hər birinin 2 uşağı var. İlham Atayevin qaçırdığı xanımdan təxminən 10-15 yaş böyük olduğu bildirilir.