Xırdalan şəhəri 31-ci məhəllədə yerləşən beton zavodunda bədbəxt hadisə baş verib.
Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, zavodda fəhlə işləyən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Araz Novruz oğlu Qocayevin başına armatur düşüb və o, hadisə yerindəcə keçinib. Bədbəxt hadisənin təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində baş verdiyi qeyd olunur. Belə ki, iş prosesində A.Qocayevin başında dəbilqə olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.