Jirinovski: "İŞİD-i Qərb yaradıb, özü də həll etsin"

19-10-2014, 00:21   
Jirinovski: "İŞİD-i Qərb yaradıb, özü də həll etsin"


Rusiyanın sağçı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Moskvanın Yaxın Şərqdə baş verən hadisələrə müdaxilə etməməsini təklif edib.

Axar.az xəbər verir ki, İŞİD-i Qərbin yaratdığını deyən Jirinovskir Rusiyanın əməliyyatlara qoşulacağı təqdirdə yeni düşmən qazanacağını bildirib:

“İŞİD-i Qərb ölkələri yaradıb. Yaxın Şərq proseslərində iştirak etməməliyik. Qoy Qərb nə yaratdığını görsün. Talibanla başlandı. Sonra Əl-Qaidə və indi də İŞİD. Rusiya hadisələrdən kənarda qalmalıdır. Bölgədə ərəb-kürd, türk-kürd və sünni-şiə mübarizəsi var. Digər tərəfdən, proseslərə qoşulsaq, yalnız düşmən qazanacağıq. Özləri həll etsin”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.