İsveç şokda: peyda olan gəmi Rusiyaya məxsusdur

19-10-2014, 11:55   

İsveçin Hərbi Dəniz Qüvvələri öz daxili sularında Rusiya sualtı gəmisinin axtarışına başlayıb.

Axar.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı gəmidən qəza siqnalı verildiyi bildirilib.

Qəza siqnalından sonra İsveç hərbçiləri Stokholma yaxın bölgədə sualtı gəminin axtarışı üçün əməliyyata başlayıblar. Rusiya gəmisinin axtarışlarına hərbi gəmilər, helikopterlər və quru qoşunlarının bir neçə bölməsi cəlb edilib.

İsveç tərəfi Rusiya gəmisinin hansı şəkildə ərazi sularına daxil olması barədə informasiyanı dəqiqləşdirməyə çalışır, həmçinin qeyd edilir ki, sualtı gəminin başqa ölkəyə də məxsus olma ehtimalları var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.