Gürcüstan Rusiya və Abxaziyanın vahid müdafiə sistemi yaratması haqqında müqaviləsi ilə əlaqədar aqressiv xarici siyasətə keçəcək.
Axar.az “tvzvezda.ru”ya istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya çıxış edib.
O, noyabrın 20-nə qədər siyasi aktivlik haqqında planın hazırlanacağını bildirib.
Qeyd edək ki, Rusiya və Abxaziya arasında imzalanacaq razılığa əsasən birgə müdafiə qüvvələri yaradılacaq. Həmçinin Abxaziya vergi, büdcə və gömrük haqqında qanunvericiliyini Rusiya ilə eyniləşdirəcək.