İki liderin təcili zəngi

19-10-2014, 20:11   
İki liderin təcili zəngi
Türkiyə prezidenti ABŞ prezidentinə İŞİD-dən danışdı

Dünya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

ANS PRESS-in məlumatına görə, iki dövlət başçısı arasındakı söhbətin mövzusu İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizə barədə olub.

Hər iki dövlət başçısının fikrincə, İŞİD-ə qarşı mübarizə gücləndirilməlidir və hər iki dövlətin bu istiqamətdə səyləri birləşdirilməlidir.


Türkiyə tərəfi Ərdoğanın Kabildən İstanbula döndükdən sonra Obamaya zəng etdiyini bildirib. Məlumatda deyilir:

"Telefon söhbətində İŞİD-in irəliləməsini dayandırmaq istiqamətində görülə biləcək tədbirlər və Kobani daxil olmaq üzrə Suriya məsələsi müzakirə edilib. Görüşdə təxminən 180 min kobanilinin də aralarında olduğu sayı 1,5 milyonu keçən suriyalını qəbul edən Türkiyənin bu insanlara etdiyi yardımlara da toxunulub. Ərdoğan və Obama İŞİD-ə qarşı ortaq mübarizəni gücləndirmək üçün daha yaxından əməkdaşlıq etməyi davam etdirmək barədə razılaşdılar ".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.