“Rusiya Prezidenti Vladimir Putin 2015-ci ilin yazında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlaya bilər”.
Axar.az “Obozrevatel.com”a istinadən xəbər verir ki, bunu təqaüddə olan general-mayor, Atlantik Şurasının Prezidenti Vadim Qreçaninov deyib. O, Putinin Ukraynanın ABŞ-ın təsir dairəsinə düşməsinə qarşı bütün vasitələrdən istifadə edəcəyini bildirib:
“Putinin Krımda fərdi bölmələr hazırladığına dair sübut var. Lakin mən düşünmürəm ki, o, genişmiqyaslı müharibəyə başlayacaq. O bunu yaz aylarında həyata keçirəcək. Putinin əsas məqsədi Ukrayna hökumətini məhv etməkdir. Ona bu yerlər lazımdır və Putin istəmir ki, Ukrayna Amerikaya nəsib olsun”.