Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Fazil Məmmədovun nazirliyi nurçularla bağlı məsələyə aydınlıq gətirdi

29-04-2014, 16:42   
Fazil Məmmədovun nazirliyi nurçularla bağlı məsələyə aydınlıq gətirdi
“Nazirliyə belə bir sorğu daxil olub. Lakin bunu şişirtmək lazım deyil. Güman ki, onlar nazirliyin hansısa vergi yoxlamaları ilə razılaşmadıqları üçün məhkəməyə müraciət ediblər”.

Virtualaz.org –un məlumatına görə, bunu Vergilər Nazirliyinin mətbuat xidmətindən publika.az-ın “Çağ” Öyrətim İşlətmələri Şirkətinin nazirliyi məhkəməyə verməsi ilə bağlı sorğusuna cavab olaraq bildiriblər.

Məlumatda deyilir ki, şirkətin məhkəməyə müraciət etməsi onların hüququdur: “Təkcə bu şirkət deyil, onlarla şirkət var ki, əlavə vergi hesablanıb, cərimə kəsilib. Bununla razılaşmaya bilərlər və məsələnin məhkəmə qaydasında həll edilməsi onların hüququdur. Məsələləri məhkəmə müəyyən edəcək. Əslində bu, sıradan olan hadisədir. Sadəcə olaraq bu şirkət son günlər diqqət mərkəzində olduğu üçün məsələ bu qədər gündəmə gəlib”.

“Çağ” Öyrətim İşlətmələri Şirkəti Fazil Məmmədovun rəhbərlik etdiyi Vergilər Nazirliyini məhkəməyə verib.
Bu barədə azvision.az-a 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, artıq bununla bağlı iki iclas keçirilib. Hakim Fəqan Əhmədovun sədrliyi ilə iclasa baxış aprelin 2-də, növbəti iclas isə aprelin 25-də baş tutub.

Sonuncu proses zamanı məhkəmə təxirə salınıb.

“Çağ” Öyrətim İşlətmələri Şirkətinin nazirliyi məhkəməyə verməsinin səbəbi isə qurumun şirkət haqqında çıxardığı qərarla bağlıdır. Şirkət nazirlikdən vergi qərarının ləğv edilməsini istəyir.

Sayt “Çağ” Öyrətim İşlətmələri Şirkətinə müraciət edərək məsələni aydınlaşdırmağa çalışıb.

Şirkətdən bildirilib ki, mətbuata şifahi açıqlama verilmir, məlumat almaq üçün rəsmi sorğu göndərmək lazımdır.

“Çağ” Öyrətim İşlətmələri Şirkətinə rəsmi sorğu göndərilsə də hələlik ona cavab verilməyib.

Xatırladaq ki, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Fətullah Gülən “camaatına” məxsus olduğu iddia edilirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar