Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Türkiyə sirr kimi saxlanılan film və fotoşəkilləri yaydı

29-04-2014, 21:01   
Türkiyə sirr kimi saxlanılan film və fotoşəkilləri yaydı
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi indiyədək sirr kimi saxlanılan film və fotoşəkilləri yayıb.
Əsasən arxiv materialları olan kinolentlər açıqlanıb. İndiyədək heç bir yerdə yayımlanmayan şəkil və çıxışlar dərc edilib. Arxiv filmlərində Osmanlı padşahları Sultan Rəşad, Sultan Vahdəttin, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, keçmiş Baş nazir Adnan Menderesin daha əvvəl görünməmiş kadrları var.

İzləyənləri tarix səhifələrində səfərə çıxaran görüntülər arasında Avstriya İmperatorunun İstanbul ziyarəti zamanı onu qarşılayan Osmanlı padşahı Sultan Rəşadın olduğu kadrlar yer alır. 1918-ci ilin fevral ayına aid olduğu təxmin edilən şəkildə Sultan Vahdəttin at avtomobilində əsgərlərin arasından xalqı salamladıqdan sonra Sultan Abdulhəmidin cənazə mərasiminə qatılır.

Açılan 600 min sənədli filmdən bir hissəsi də Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə aiddir.
Atatürkün 1936-cı ildə TBMM-də açılış nitqini izləyənlər, həm də yeni qurulan Türkiyə Respublikasının iqtisadi, siyasi və ictimai inkişafını ulu öndərin səsinin orijinal halında dinləyə bilər.

Arxivdə olan bir başqa görüntüdə Atatürk Türkiyə Respublikasının ilk baş naziri İsmət İnönü ilə İran Şahı Rıza Pəhləvini stansiyada qarşılayır.

Böyük zəhmət nəticəsində ərsə gələn görüntülərdə 1960-cı il 27 May hadisələrinin ardından edam edilən baş nazir Adnan Menderesə aid əhəmiyyətli ziyarətlərin detalları var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar