Azərbaycan gözəlinə Türkiyədə nə təklif etdilər?-FOTOLAR

29-10-2014, 05:40   

tamilla hemidovaBu günlərdə Türkiyənin İzmir şəhərində keçirilən gözəllik müsabiqəsində azərbaycanlı model Tamilla Həmidova da iştirak edib.

Müsabiqə haqda eksklyuziv açıqlama verən Tamilla bildirdi ki, “2014-cü ildə ölkələrarası gözəllik yarışması olan “Miss exclusive of the world”un qalibi Tahiti oldu, yəni taca o sahib çıxdı. Mən isə Top15-yə daxil oldum. Bu il dördüncü dəfə həyata keçirilən “Miss exclusive of the world” yarışması Aliaga bələdiyyəsinin dəstəyilə həyata keçirildi. Yarışda 33 ölkə gözəlləri iştirak edirdi. Yarışmanı da Çagri Tortop həyata keşirdi. Bir çox məhşur və sənətçilərdən ibarət 15 nəfər juri var idi. Yarışma “Kral” “Pop tv” və digər musiqi kanallarında canlı yayımlandı.

Yarışda açılış kostyum və bikinilərimizi məşhur modaçı Eser Elgur, final paltarlarını isə Ertan Kayitken hazırlamışdı. Rusiya, İsveç təmsilçiləri isə müvafiq olaraq ikinci, üçüncü yerləri tutdular. Bu yarışma bir çox nailiyyətlər əldə etməyimə də kömək oldu, baxmayaraq ki, daha yüksək nəticə əldə edə billmədim. Hazırda bu kimi başqa layihələrdə iştirak etmək fikrim yoxdur. Çünki, doğma ölkəmdə, Azərbaycanda artıq bir çox layihələrdə iştirak edirəm, bunlar təbii ki, yarışma deyil. Bir filmdə baş rolda oynayıram. Habelə, proyekt, avto veriliş aparıcısı kimi layihələrdə iştirak edirəm”.

İzmir haqqında təssüratlarını da bölüşən model Türkiyədən razı qayıdıb: “Gözəl qarşılandıq, gözəl qonaqpərvərlik gördük. İzmir şəhəri də gözəl idi. Şam yeməkləri etdik, həmçinin şəhərin görməli yerlərini gəzdik. Bir çox sənətçi, məşhur modaçılarla tanış olduq. Bəziləri bizə iş birliyi qurmaq haqda təklif də etdi. Açığı bu haqda hələ ki, fikirləşirəm”.


Azərbaycan gözəlinə Türkiyədə nə təklif etdilər?-FOTOLAR
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.