Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD-ə qarşı savaşan komandirlər İranda görüntüləndilər - Fotolar

7-11-2014, 22:04   




İŞİD-ə qarşı aparılan əməliyyatda iraqlı komandir Hadi Əl-Amiri ilə birlikdə olan Qüds briqadasının komandiri general Qasım Süleymani bu dəfə də İranda həmkarı ilə bir yerdə görüntüləniblər.

Axar.az xəbər verir ki, İranda İmam Hüseynin şəhid edilməsinin ildönümü ilə bağlı keçirilən mərasimə ölkənin ən güclü hərbçisi general Süleymani də qatılıb.

Tehranda keçirilən mərasimdə iştirak edən komandir İranın Ali dini lideri Ayətullah Əli Xamneyinin yaxınlığında olub. Mərasimdə iştirak edənlər arasında İraqın Bədir briqadası komandiri Hadi Əl-Amirinin də olması diqqət çəkib.

Xatırladaq ki, İran və İraqın ən güclü hərbçi komandirləri İŞİD-ə qarşı aparılan əməliyyatda iştirak etmişdilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar