Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Separatçılar hücuma keçdi

7-11-2014, 23:11   

Hücumlar zamanı Ukrayna ordusunun 13 əsgəri yaralanıb

Dünya Ukraynanın şərqində döyüşlər yenidən qızışıb.

ANS PRESS-in məlumatına görə, ordu qüvvələri ilə separatçılar arasında gedən döyüşlərdə Ukrayna əsgərlərindən 13 nəfəri yaralanıb.

Bu haqda Anti terror əməliyyatı qrupunun spikeri Vladislav Seleznyov xəbər verib.

Onun sözlərinə görə, 25 hücum aktı qeydə alınıb, separatçılar artilleriya sistemləri və "Qrad" raketlərindən istifadə ediblər.

Seleznyov ən çətin vəziyyətin Debalçevo sahəsində Baxmutka yaşayış massivində olduğunu qeyd edib.

Qeyd edək ki, bu gün Ukrayna tərəfi də açıqlama vərərək bildirmişdi ki, ötən gün gedən döyüşlərdə 200 separaatçı məhv edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar