Beren Saat yaradıcılığına bir il ara verib
Şou-biznes Türkiyənin məşhur aktrisası, populyar müğənni Kənan Doğulunun həyat yoldaşı Beren Saat çoxlarının heç vaxt etməyəcəyi addımı atıb. Aktrisa təklif edilən milyonlardan imtina edib.
ANS PRESS-in məlumatına görə, Aktrisa fevralın 20-də bitən “İntiqam" serialından sonra 9 ayda 4 film və 7 serialdan təklif alıb. Aktrisanın seriallardan hər bölüm üçün 70 min (24304 manat), filmlərdən isə 500 min TL (173600 manat) qonarar ala bilərdi.
Beren Saat isə gözlənilənlərin əksinə olaraq bütün təkliflərə rədd cavabı verib. Bununlada gələcək gəlirlərinin üzərindən xətt çəkib. O, bir il heç bir filmə çəkilməyəcəyini deyib.
Xatırladaq ki, aktisa bu ilin iyul ayında ailə həyatı qurub. B.Saat ana olmaq niyyətindədir. Hətta o açıqlamalrının birində ailəsinin oğlan övladı arzuladığını da deyib.