Rəqqasə Aytən oriental rəqsdən bəhs edib.
Sənətçi açıqlamasında göbək rəqsinə marağın günü-gündən artdığını deyib:
“Oriental rəqs hər zaman nədənsə seksual rəqs kimi təqdim olunur. Bunu qəbul etmirəm. Göbək rəqsini daha çox elit təbəqənin insanları xoşlayır. Belə adamlar öz məclislərində həmişə oriental rəqs görmək istəyirlər. Bu rəqsin paltarında hər zaman seksual görünürsən. Ancaq gözəl, cazibədar, ölçüləri qaydasında olanlar bu libası geyinməlidir. Yalnız cürətli, özünəgüvənən xanımlar göbək rəqsi oynayar”.
Aytən oriental rəqsin səhhətə də xeyirli olduğunu söyləyib:
“Bağırsaqlara, həzmə kömək edir. Hazırda məktəb açmışam. Ora gələn xanımların əksəriyyəti arıqlamaq istəyənlərdir. Göbək rəqsi olduqca çətindir. Bəzən insanlar elə başa düşürlər ki, göbəyi oynatmaq, qolu qaldırmaq kifayətdir. Amma yox, burada çox incəliklər var”.