Aygün Kazımova milli Merlin Monro, Röya və Nata isə...”

16-11-2014, 10:44   

Aygün Kazımova milli Merlin Monro, Röya və Nata isə...”

Xalq artisti Faiq Ağayev 106.3 FM-də Kazım Sübhanın qonağı olub.

xalq artisti Aygün Kazımova, Röya və Natavan Həbibi haqqında açıqlama verib.

“Aygün Kaızmovanı məndən yaxşı heç kim tanıya bilməz. Bu insan sənət və səhnə üçün doğulub. Peşəkar insanları qoruyub saxlamalıyıq. Mən deyərdim ki, Aygün milli Merlin Monromuzdur. “

Ağayev 2001- ci ildə Röyanın yeni-yeni tanındığı bir müddətdə canlı efirə zəng vurub həmkarına dəstək olduğunu deyir.

“Röyanı bir çox sənətçilərimiz top atəsinə tutanda mən arxasında durmuşam. Hər kəs onu çılpaq olmaqda qınayıb. Mən deyərdim Röyanın bütün ürəyi çılpaqdır ki, bu cür sənət yarada bilir”.

Xalq artisti siyahını Natavan Həbibi ilə bitirib. O, bir çox Türkiyəli müğənnilərdən Natanı peşəkar hesab edib.

“Natavan Həbibi sənətini bilən peşəkar ifaçılardandır. Mən onu Rüstəm Zeynallının lirikası ilə sevmişəm. O yalnız bir üslubda oxumaqla kifayətlənmir. Amma Nata bugün yalnız lirikada yox, digər tərzlərdə də özünü sınayır.

Vaxt varıydı ki, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Faiq Ağayev deyirdilər. Mən deyərdim ki, bu siyahını Röya, Natavan, Zamiq, Sevda, Samira və bir çoxları davam etdirir.”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.