Nadirlə Nətavan birləşdi: “Çaşmayın, ağıllı olun”

16-11-2014, 14:29   
Nadirlə Nətavan birləşdi: “Çaşmayın, ağıllı olun”
Məhərrəmlik ayında toyların olmamasından istifadə edən müğənni Nadir Qafarzadə Rusiyada dincəlir. açıqlama verən ifaçı bildirib ki, onun paytaxtda olmamasından istifadə edib qalmaqal yaratmaq istəyən şou nümayəndələri var: “Bir çox müğənnilər kimi mənim də gəlir yerim toylardır. Amma bildiyiniz kimi məhərrəmlik olduğuna görə toylar yoxdur. Bu fürstətdən istifadə edib, dincəlirəm. Amma dincəlməyə də imkan vermirlər. Adımı çəkib, reklam olunmaq istəyirlər. Mənsə heç kimi reklam etmək fikrində deyiləm. Amma bu o demək deyil ki, susuram. Heç kimdən çəkinmirəm. Sadecə ad çəkmirəm. Sadəcə deyirəm ki, ağıllı olsunlar. Çaşmasınlar. Bilsinlər ki, mənə maraqlı olan öz işlərimdir. Kimisə reklam etmək mənim işim deyil. Hazırda Rusiyada dincəlirəm. Həmkarım Nətavan Həbibi də burdadır. Ona görə də bütün söz-söhbətlərdən kənar gəzmək istəyirəm. Helə bir neçə gün burada qalmağı düşünürəm. İnşallah Bakıya qayıtdıqdan sonra yaradıcılığımda olan yeni işləri təqdim edəcəyəm. Xeyli mahnılar yazdırmışam. Düşünürəm ki, yeni mahnılarım əvvəl ifa etdiyim mahnılar qədər seviləcək”.

Qeyd edək ki, N.Qafarzadə vəı N.Həbibi Rusiyada təsadüfən rastlaşıb. Bir neçə gündür ki, eyni şəhərdə olan məşhurlar fotolarını çəkərək “İnstagram” səhifələrinə qoyublar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.