“Cabbar Musayev ailə dağıtmaqla məşğuldur”
Şou-biznes "Cabbar həmişə ailəmizi dağıtmaq istəyib. Amma Təranənin ağlına qurban olum, ona görə şükür ailəmiz dağılmayıb".
Musa Musayevə aid bu sözləri müğənni Təranə Qumaral "İnstagram" səhifəsində paylaşıb.
Musa Musayev qeyd edib: "Mən Cabbarı gənc yaşlarımdan dindirmirəm, hər zaman küsülü olmuşuq. Bunun səbəbini ancaq öz ailəmiz bilirdi. Bu sirri isə indi açıram".
O bidlirb ki, İki il bundan öncə Cabbar Musayev özü televizyada küsülü olduqlarını təsdiq edib. Buna səbəb kimi də Təranə Qumaralı göstərib.
“Küsülü olmağımızın səbəbi Təranə deyildi. Əksinə, Cabbar həmişə ailəmizi dağıtmaq istəyib. Amma Təranənin ağlına qurban olum, ona görə şükür ailəmiz dağılmayıb. Nazənini öyrədərək, dəfələrlə mənim ailəmdə dava salıblar".
Musa Musayev onu da qeyd edib ki, bu yaxınlarda elə bir açıqlama verəcək ki, bütün xalq Cabbar Musayevin kim olduğunu biləcək. “Onun üzündəki maskanı çıxardacam, onda biləcəkiniz ki, o, hansı xalq artistinin evini yıxıb, arvadını analıqdan məhrum etdirib”.
"O, elə indi də ev yıxmaqla məşğuldur. Xalq məni qınasa da illərlə saxladığm sirrləri açıb tökəcəm",- deyə Musa Musayev bidlirib.