Baş nazir müavini narkoman məmurlardan danışdı

2-05-2014, 14:29   
Baş nazir müavini narkoman məmurlardan danışdı
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun nakotiklərin yox edilməsin zamanı neqativ hallara yol verildiyini açıqlayıb.

Komitə sədri ötən il narkotik vasitələrin dövriyyədən çıxarılması zamanı nöqsanlara yol verildiyini söyləyib: “Bəzi qurumlar heroin əvəzinə paraşok yandırıblar”.

Daha sonra Əli Həsənov narkotik aludəçiləri arasında vəzifəli şəxslərin də olduğunu söyləyib. Əli Həsənov həmin şəxslərin adını açıqlamayıb: “Bu profilaktik tədbir olduğuna görə, həmin şəxslərin adı açıqlanmır”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 31.12.2013-cü il tarixə olan məlumatına əsasən Mərkəzdə 28.376 (2012-ci ildə 27.910) nəfər qeydiyyatda olub.

Bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsində əksini tapıb.

Onlardan 22.533 nəfəri dispanser, 5.843 nəfəri profilaktik qeydiyyatda olanlar, 756 nəfəri anonim müalicə alanlardır. Qeydiyyatda olanlardan 539 nəfəri qadın, 130 nəfəri toksikoman, 20.004 nəfəri (393 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2013-cü ildə 1.509 nəfər yeni qeydiyyata götürülüb, 1.049 nəfər qeydiyyatdan çıxıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.