Gəncə Dövlət Universitetinin rəhbərliyi nəzarət altına alınıb - Rüşvətin bərpası baha başa otura bilər

2-05-2014, 19:10   
Gəncə Dövlət Universitetinin rəhbərliyi nəzarət altına alınıb - Rüşvətin bərpası baha başa otura bilər
Keçən ilin dekabr ayında Gəncə Dövlət Universitetinə rektor təyin edilən Yusif Yusibov vəzifə başında çox qalmaya bilər. Bu barədə DİA.AZ-a təhsil nazirliyindəki qaynaqlar informasiya ötürüb. Məlumatı verən mənbə iddia edir ki, hətta nazirlikdəki himayədarları belə bu gün Yusif Yusibovu müdafiə əzmində deyillər: «Buna səbəbsə GDU-nun rektoru ilə bağlı tutarlı faktların birbaşa olaraq prezidentə təqdim olunmasıdır.

Xatırladaq ki, əvvəlki rektorun vaxtında prorektor vəzifəsini daşıyan Yusif Yusibov Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusibovun qardaşıdır və maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Yəni bu əlaqələr yetərli oldu ki, həm əvvəlki rektorun «torbası tikilsin», həm də Yusif Yusibov rektor təyin olunsun.


Gəncə Dövlət Universitetinin rəhbərliyi nəzarət altına alınıb

Rektor vəzifəsinə gəlişindən dərhal sonra əvvəlki rektor Yadigar Əliyevin qısa müddət ərzində qarşısını aldığı rüşvət mexanizmini yenidən bərpa edən Yusif Yusibov həm də ənənəvi rüşvət şəbəkəsini də işə sala bilib.

Mənbənin söylədikləri: «Yay imtahanı sessiyası ərəfəsi olduğundan bu gün GDU-da rəsmən bazardır. Amma elə bu bazar əhval-ruhiyyəsi onlara ciddi problem yarada bilər. Çünki artıq müvafiq qurumlar məhz «yuxarıların» təlimatı ilə GDU-nu və rəhbərliyini nəzarətə alıb».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.